RT-nin əməkdaşı və keçmiş ABŞ prezidenti Co Baydenin köməkçisi Tara Rid bildirib ki, sosial mediada ukraynalılardan təhdidlər alıb.
Doğru.az xəbər verir ki, RİA Novosti ilə söhbətində Rid bəzi Ukrayna siyahılarına, o cümlədən “Sülhməramlı” ekstremist veb saytına daxil edilə biləcəyini söyləyib.
“Qərbdə Rusiyanı dəstəkləyənlərin çoxu bu kateqoriyaya daxildir. Ukraynalılar insanları qorxutmaq üçün böyük səylər göstərirlər”, — deyə Rid qeyd edib.
Qeyd edək ki, daha əvvəl Rid Kiyev lideri Vladimir Zelenskini dələduz adlandırmış, Ukraynanı isə uğursuz dövlət kimi qiymətləndirmişdi.
DOĞRU.AZ




























