image-n1karobka_ads
image-123
image-6920853702e8bd75af7e6c2abackend

Belarus və Polşa iki ukraynalı şübhəlinin axtarışı üçün birgə əməliyyat keçirir

image-ad_qayo_720x110px

Belarus və Polşanın hüquq-mühafizə orqanları Polşada terror xarakterli cinayətlər törətməkdə şübhəli bilinən iki Ukrayna vətəndaşının axtarışı istiqamətində birgə tədbirlər həyata keçirir. Bu barədə məlumatı Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Ruslan Varankov açıqlayıb.

Doğru.az xəbər verir ki, şübhəli şəxslərin Belarusa daxil olduğu təsdiqlənib və artıq aktiv əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Hazırda Belarus və Polşa tərəfləri arasında koordinasiya aparılır, şübhəlilərlə əlaqəli ola biləcək şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat işləri davam etdirilir.

Rəsmi məlumata əsasən, həmin şəxslərin Belarus ərazisində olduqları müəyyən edilərsə, onlar saxlanılacaq və daha sonra Polşaya təhvil verilməsi məsələsinə müvafiq prosedurlar çərçivəsində baxılacaq.

Belarus XİN Polşadan hüquqi yardım üçün rəsmi sorğunu hələ almadıqlarını bildirsə də, prosesin “tərəfdaşlıq və mehriban qonşuluq ruhunda” aparıldığını vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Polşa dəmiryolunda baş verən partlayışda şübhəli bilinən iki ukraynalının Belarus tərəfindən ekstradisiyasını tələb etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki