Litvadan Belarusla sərhəddə qalmış yük maşınları təhlükəsizlik məqsədilə Kotlovka keçid məntəqəsi yaxınlığındakı xüsusi dayanacaqlara aparılıb.
Doğru.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb. Qurum xatırladıb ki, Litvanın sərhəd-keçid məntəqələrini birtərəfli qaydada bağlamasından sonra Belarus ərazisində 1100-dən çox Litva yük maşını toplanıb.
“Bu nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək üçün Belarus tərəfi onları Kotlovka keçid məntəqəsi ərazisində yerləşən xüsusi təchiz olunmuş dayanacaqlara köçürmək qərarına gəlib,” – deyə BELTA xəbər agentliyi məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl Belarusun xarici işlər naziri Sergey Rıjenkov Litvanın sərhədi siyasi məqsədlərlə, xal toplamaq istəyi ilə bağladığını bildirmişdi.
DOĞRU.AZ




























