image-n1karobka_ads
image-123
image-xchyenxdza5eagudsirtblby7fnynvifuqfokpd4_1200-1backend

Belçika kralı Azərbaycan Prezidentinə başsağlığı verib

image-ad_qayo_720x110px

Belçikalıların Kralı Filip Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

Doğru.az President.az-a istinadən bildirir ki, məktubda deyilir:

“Zati-aliləri. Kraliça Matilde ilə birlikdə Sizə və Azərbaycan xalqına Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində faciəvi şəkildə həyatını itirənlərə görə dərin hüznlə başsağlığı veririk.

Bu ağır itki anlarında həlak olanların yaxınlarına güc və səbir arzulayır, onlarla birlikdə ən dərin hüznümüzü bölüşürük”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki