image-n1karobka_ads
image-123
image-6935dda302e8bd73a6677a26backend

Benin lideri: “Ölkə üsyançılardan tam təmizləndi”

image-ad_qayo_720x110px

Benin prezidenti Patris Talon bildirib ki, ordu ölkəni uğursuz üsyanda iştirak edənlərdən tamamilə təmizləyib.

Doğru.az xəbər verir ki, Talon bu barədə BeninTV-də yayımlanan videomüraciətində danışıb: “Hərbçilərlə birlikdə ölkəni üsyançılardan tamamilə təmizləyə bildik”, – deyə o qeyd edib.

Dekabrın 7-də bir qrup hərbi qulluqçu milli televiziyanın qərargahını ələ keçirərək ölkə sərhədlərinin bağlandığını, Konstitusiyanın və bütün siyasi qurumların fəaliyyətinin dayandırıldığını bəyan etmişdi.

Bundan əlavə, bir qrup hərbçinin prezidentin iqamətgahına basqın etməyə cəhd göstərdiyi məlum olub.

Rusiyanın Benindəki səfirliyi isə hazırkı vəziyyətlə əlaqədar ölkədə yaşayan ruslara evlərindən çıxmamağı tövsiyə edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki