Benində dövlət çevrilişinə cəhdlə bağlı 14 nəfər saxlanılıb.
Doğru.az xəbər verir ki, Reuters-in məlumatına görə, hökumət sözçüsü Wilfried Leandre Houngbedji həbs edilən şəxslərin çevriliş planında iştirak etdiyini bildirib, lakin əlavə təfərrüatları açıqlamayıb.
Dekabrın 7-də bir qrup hərbi qulluqçu milli televiziyanın qərargahına nəzarəti ələ keçirib və ölkə sərhədlərini bağladıqlarını bəyan edib. Onlar Konstitusiyanın, siyasi qurumların və partiyaların fəaliyyətini dayandırdıqlarını açıqlayıblar.
Bundan əlavə, bir qrup hərbçinin Benin prezidenti Patris Talonun iqamətgahına basqın etməyə cəhd etdiyi məlum olub.
Rusiyanın Benindəki səfirliyi vəziyyətlə əlaqədar ölkədə olan ruslara evlərində qalmağı tövsiyə edib.
DOĞRU.AZ




























