“Real Madrid”in və Uels millisinin sabiq futbolçusu Qaret Beyl 2013-cü ildə Kriştiano Ronaldo və Kərim Benzema ilə birlikdə oynamaq üçün “Real Madrid”ə keçdiyini deyib.
“Mən bu iki futbolçu ilə oynamaq istəyirdim. Qalanlarla da: Modriç, Xabi Alonso. Sonra Toni Kroos davam etdi. Hiss etdim ki, belə oyunçuların olduğu bir kluba keçmək əla fürsətdir” dedi Beyl.
Beyl 2013-2022-ci illərdə “Real Madrid”də çıxış edib. O, “qaymaqlılar”la birlikdə 5 dəfə Çempionlar Liqasının qalibi olub, həmçinin 3 dəfə İspaniya çempionu olub.
Beylin son klubu Amerikanın Los Anceles komandası olub. O, həmçinin “Sauthempton”, London Tottenham klublarında da oynayıb. Beyl Uels yığmasında 111 oyuna çıxıb, 41 qol vurub. Bu, tarixdə millinin futbolçuları arasında ən yaxşı göstəricidir. 2016-cı ildə Avropa çempionatının bürünc mükafatçısı olub. DÇ-2022-də Uels qrupdan vəsiqə qazana bilməyib.
Mənbə: TRT Spor