Rəssam Hajime Sorayama Beyonceni konsert kostyumu ideyasını plagiat edərkən yaxalayıb.
Bu barədə TMZ məlumat yayıb.
Fantastik metal xalatlarda robot qadınları çəkən Sorayama, Beyoncenin Renessans konsert turu zamanı səhnədə geyindiyi geyimlərin onun işinə bənzədiyinə diqqət çəkib.
“Salam Beyonce. Əgər rəsmi olaraq məndən xahiş etsəydin, The Weeknd üçün etdiyim kimi sizin üçün daha yaxşı bir şey təklif edərdim”, – deyə əslində reper üçün konsert geyimləri yaradan Sorayama yazıb.
Sorayama mümkün plagiatlığa görə məhkəməyə verilib-verilməyəcəyini dəqiqləşdirməyib.
Mənbə: A Haber