Norveç, Avstriya, Belçika və İsveçrə Ukraynanın Ottava Konvensiyasından irəli gələn öhdəliklərini BMT-nin Silahsızlanma Məsələləri üzrə Bürosuna dayandırmaq tələbinə rəsmi etirazlarını bildiriblər.
Doğru.az xəbər verir ki, BMT-nin Silahsızlanma məsələləri üzrə rəhbəri Izumi Nakamitsu Cenevrədəki görüşdə məsələ ilə bağlı müzakirələrin davam etdiyini bildirib. O qeyd edib ki, konvensiyanın iştirakçısı olan bir neçə ölkə etirazlarını bildirib və bir sıra digər dövlətlər bu təşəbbüsdən ciddi narahatlıq ifadə ediblər.
Bundan əvvəl NATO-nun Ukraynadakı Dəstək və Təlim Qərargahının komandirinin müavini, general-mayor Mayk Keller Welt-ə müsahibəsində Ukraynadakı münaqişənin yaxın zamanda sona çatmayacağını açıqlamışdı.
DOĞRU.AZ




























