image-2000x150px
image-123
image-ads_atlas
image-tia_4decdba5c75048f038f22f7556aa57d1_61yiz29nmb0rt7vfuepobackend

Bõlgələrdə məktəblərdə soyğunçuluq dələduzluq baş alıb gedir Təhsil Nazirliyi buna hələ biganə qalıb – VİDEO 

image-728x90px

Xaçmaz məktəblərindəki kütləvi pul toplama marafonları haqda ötən dəfəki, saytımızda bəhs etmişdik. Bir neçə gün bundan əvvəl 2 saylı Maliyyə Hesablama mərkəzinə, auditin yoxlamaya gələn Hesablama Palatasının səyyar qrupundan sonra Xaçmazın bütün şəhər və kənd təhsil müəssisələrində pul toplama marafonlarına start verilib.

Azərbaycanda məktəblərdə bu kimi marafonlar hər zaman olub. Amma mən ilk dəfə bu işin belə aşkar və kütləvi keçirildiyinin şahidi oldum.

Bütün direktorlara mütəşəkkil formada tapşırılıb ki, “yoxlama”lardan “təmiz”çıxmaq üçün hamılıqla səfərbər olub bu yükü şərəflə daşımalıyıq. Öncədən tərtib edilmiş siyahı əsasında bu “ağır işi” qısa bir zamanda və xüsusi ilə səssiz -səmirsiz toplayıb təhvil vermək əsas şərtdir.

Bu bizim “Sirat körpüsü”dür.
Xaçmazla bağlı dərc etdiyimiz yazıdan sonra, şimal bölgəsinin digər rayonlarında yerləşən onlarla təhsil müəssiəsində çalışan pedaqoq bizimlə əlaqə saxlayaraq bu marafonların təkcə Xaçmazda yox eyni zamanda regionun digər rayonlarındakı məktəblərində də aparıldığını bildirib.

Adlarının açıqlamasını istəməyən həmin müəllimlər 7Times.az-a məlumat verib ki, bu iş təhsil şöbələrindən tapşırılıb. Hər məktəb üçün xüsusi məbləğ tapşırılıb. Şəhər məktəbləri varki onlara 10 000 manat deyilib. Kənd məktəbləri isə şagird və müəllim kantingentinin sayına görə dəyişir. Məsələn Xaçmazın Ləcət kənd orta məktəbinə 5 000 manat tas qoyulub.

Əhmədoba kəndindəki istismara yararsız məktəbə isə 2 000 manat. Həmin təhsil müəssisəsinin özül divarları hər an dağılmaq təhlükəsi ilə üz-üzədir. O pulu boğazlarından kəsib sizə verən müəllimlər binanın divarlarını cari təmir edib biraz rahat nəfəs ala bilərdilər. Uzun sözün çox qısa mənaları var əziz təhsil nazirliyi. Siz mövcudiyyətin 1990-cı illərindəki vərdiş halına qayıtmısınız sanki.

Ölkənin təhsil siyasətini həyata keçirən ən ali dövlət qurumu təhsil nazirliyidir. Əgər şimal bölgəsinin bütün təhsil müəssisələrini mütəşəkkil formada əhatə edən bu çirkin marafonlardan nazirliyin xəbəri yoxdursa onda cənab nazir Emin Əmrullayev üçün bölgənin ən uca zirvəsində 2 tonqal qalamaq lazımdır. Qeyd edək ki, Oğuz elində 2 tonqal qalamağın mənası elin-obanın təhlükədə olmasının əlaməti sayılırdı.

Bu gün rəhbərlik etdiyi məktəblər də Emin Əmrullayev üçün ən azı eli-obası qədər əziz və doğma olmalıdır. Ona görə tonqal qalamaqla cənab nazirə şimal bölgəsinin təhsil müəssiələrindəki pedaqoqların böyük soyğuna məruz qaldığı xəbərini çatdırmaq istəyirik. Amma bu artıq bir xəbər yox FƏRYADDIR cənab Emin Əmrullayev. Sizdə o soyğunçulardan biri deyilsizsə bu fəryada  səssiz qalmıyın.

Ardı var… DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki