Boliviyada keçirilən prezident seçkilərində mərkəzçi namizəd Rodriqo Paz qalib gəlib.
Doğru.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası səslərin 97,53 faizindən çoxunun hesablanmasından sonra məlumat yayıb.
Rəsmi nəticələrə görə, seçicilərin 54,54 faizi Rodriqo Paza səs verib.
Xatırladaq ki, prezidentliyə digər namizəd Xorxe Quiroqa seçkilərdə qalib gələrsə, litium ehtiyatlarının inkişafı ilə bağlı Rusiya və Çinlə imzalanmış əsas müqavilələri ləğv edəcəyini bəyan etmişdi.
DOĞRU.AZ