Bolqarıstan Teleqraf Agentliyinin (BTA) məlumatına görə, ölkənin baş naziri Rosen Jelyazkov kütləvi etirazlar fonunda hökumətinin istefa verdiyini açıqlayıb.
Doğru.az xəbər verir ki, qərar fövqəladə hallarla bağlı keçirilən mətbuat konfransında elan olunub. Agentlik bildirib ki, “Rosen Jelyazkovun kabineti cümə axşamı istefasını elan edib”.
Məlumata görə, son günlər ölkə boyu hökumət əleyhinə genişmiqyaslı etirazlar keçirilib. Etirazların ilkin səbəbi “kabinetin mübahisəli büdcə planları” olsa da, proses zamanla “korrupsiya, ədalətsizlik və dövlət idarəçiliyindəki müxtəlif uğursuzluqlarla bağlı narazılığa” çevrilib.
Xatırladaq ki, noyabr ayında Bolqarıstan Milli Assambleyası Konstitusiya Məhkəməsinin qərarına baxmayaraq, ölkənin avrozonaya daxil olması ilə bağlı referendum təşəbbüsünü müzakirəyə çıxarmaqdan imtina etmişdi.
DOĞRU.AZ




























