Amerikalı müğənni Britni Spirs anası Lin ilə barışıb.
68 yaşlı Linn qızının 42 yaşını Britninin qardaşı Brayanla qeyd etməyə gəlib.
“O, Britninin həyatının bir hissəsi olmaq istəyir. Britni hələ də əziyyət çəkir və anasının ona kömək etmək üçün daha çox şey edə biləcəyini düşünür. Amma onun dostları azdır və ailəyə ehtiyacı var”, – mənbə bildirib.
İnsayderin sözlərinə görə, Britni inadkarlıq nümayiş etdirir, lakin anası ilə münasibətlərini yaxşılaşdırır.
“Anası onu sevir, buna heç bir şübhəm yoxdur. O, çox peşmandır və günahını etiraf edir. Britni onunla vaxt keçirməyi xoşlayır, onların münasibətləri mürəkkəbdir, amma görünür, bir-birinə ehtiyacı var”, – deyə ailə rəfiqəsi yekunlaşdırıb.
Mənbə: Haberler.com