image-n1karobka_ads
image-123
image-317533780_1168708460519928_8968774850034286363_n-pic_32ratio_900x600-900x600-87511backend

Britni Spirsin anası qızının Milad bayramında evə gələcəyinə ümid edib

Müğənni Britni Spirsin anası Lin ümid edir ki, qızı Milad bayramını ailəsi ilə birlikdə qeyd etmək üçün Luizianaya evə gələcək.

Bu barədə TMZ məlumat yayıb.

Nəşrin mənbələrinə görə, Britni hələ ailə bayramında iştirak etmək üçün yekun razılıq verməyib, lakin anası müğənninin qayıtmasını “həqiqətən də səbirsizliklə gözləyir”. Eyni zamanda, Britninin ətrafı hesab edir ki, müğənni Luizianaya gəlməlidir, çünki onun anası ilə münasibətlərini yaxşılaşdırmağın vaxtı çatıb.

Dekabrın əvvəlində Spirsin anası Lin ilə barışdığı məlum olub. Qadın Britninin qardaşı Brayanla qızının 42 yaşını qeyd etməyə gəlib.

“O, Britninin həyatının bir hissəsi olmaq istəyir. Britni hələ də əziyyət çəkir və anasının ona kömək etmək üçün daha çox şey edə biləcəyini düşünür. Amma onun dostları azdır və ailəyə ehtiyacı var”, deyə mənbə bildirib.

Mənbə: Haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki