image-n1karobka_ads
image-123
image-imtahanbackend

Bu gün dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 22 iyun 2025-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə qrupu üzrə qəbul imtahanı keçiriləcək.

Doğru.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

İmtahanda iştirak etmək üçün ümumilikdə 1 141 namizəd qeydiyyatdan keçib. İmtahan iki növbədə təşkil olunur: birinci növbə saat 11:00, ikinci növbə isə saat 16:00-da başlayacaq. Namizədlərin imtahana buraxılışı müvafiq olaraq 10:45 və 15:45-də başa çatacaq. Göstərilən vaxtdan gec gələn iştirakçılar imtahana buraxılmayacaqlar.

Namizədlər şəxsiyyət vəsiqələrinin əsli və “İmtahana buraxılış vərəqəsi” ilə gəlməlidirlər.

İmtahanların keçirilməsi üçün 15 imtahan rəhbəri, 77 nəzarətçi və 10 buraxılış rejimi əməkdaşı ayrılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki