image-2000x150px
image-123
image-ads_atlas
image-news_20210812052917backend

Bu gün peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatır

image-728x90px

Avqustun 20-də peşə təhsili müəssisələrinə 2021-2022-ci tədris ili üzrə tələbə qəbulu başa çatır.

Təhsil Nazirliyindən verilən məlumata görə, peşə təhsili almaq istəyən şəxslər platforma vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat prosesi bu gün saat 18:00-dək davam edəcək.

Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum beş ixtisas üzrə seçim etmək imkanı yaradılır.

Müraciət edən şəxslərin nəticələri barədə məlumatın “Şəxsi kabinetim” bölümündə yerləşdirilməsi və “SMS” bildiriş vasitəsilə də təqdim edilməsi nəzərdə tutulur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki