image-n1karobka_ads
image-123
image-1744224877_65a10f569fab165a10f569fab2170505403865a10f569faaf65a10f569fab0backend

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada ilk final oyunu keçiriləcək

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada ilk final oyunu keçiriləcək.

Doğru.az xəbər verir ki, “Azərreyl” və “Abşeron” komandaları üz-üzə gələcək. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşacaq görüş saat 15:00-da start götürəcək. Komandalar arasında ikinci həlledici matç isə aprelin 24-də Milli Gimnastika Arenasında təşkil olunacaq.

Qeyd edək ki, çempion iki oyunun nəticəsinə əsasən məlum olacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), “qızıl set” oynanılacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki