image-2000x150px
image-123
image-ads_atlas
image-1641190507-760880-imtahan-450x250backend

Bu gündən payız semestrinin imtahan sessiyası başlayır

image-728x90px

Bu gündən ali və orta ixtisas təhsili müəssisələrində 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayır.

Doğru.az xəbər verir ki, təhsil nazirinin müvafiq əmrinə əsasən imtahanlar əyani formada təşkil ediləcək.

Qeyd edək ki, koronavirusa yoluxan tələbələrin imtahanda iştirakının necə olacağı isə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili” qaydalarında əksini tapıb.

Belə ki, üzürlü səbəbdən imtahanda iştirak etməyən tələbə növbəti semestrin dərsləri başlanana qədər imtahanda iştirak etdikdə, həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etməyəcək.

DOĞRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki