Buryatiyada, Baykal gölünün yaxınlığındakı magistral yolda yüzlərlə avtomobilin iştirakı ilə nəhəng tıxac yaranıb.
Doğru.az xəbər verir ki, SHOT Telegram kanalının məlumatına görə, tıxac Vydrino kəndindən başlayaraq Kultuk şəhərinə qədər uzanır və ümumilikdə təxminən 85 kilometr məsafəni əhatə edir.
Şahidlərin sözlərinə görə, sürücülər və sərnişinlər 7 saatdan artıqdır yolda qalıblar. İnsanlarda qida və su çatışmazlığı yaranıb, bir çox avtomobillərin isə yanacağı tükənmək üzrədir. Tıxacda qalanlar arasında uşaqlı ailələrin olduğu da bildirilir.
Məlumata əsasən, bölgədə temperatur -18°C-ə düşüb ki, bu da vəziyyəti daha da çətinləşdirir.
Qeyd edək ki, daha əvvəl keçirilən sorğular rusiyalı sürücülərin tıxaclar və yanacaqdoldurma məntəqələrində ciddi stress yaşadıqlarını göstərib.
DOĞRU.AZ





























