image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2022-03-29t152204-937backend

Cəbrayılda ƏMƏLİYYAT: Dörd nəfər saxlanıldı – FOTO/VİDEO

image-728x90px

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsləri saxlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, rayonun Karxulu kəndində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Tural Əliyev, İlham Baxşalıyev, Elbrus Süleymanov və borca görə də axtarışda olan Valeh Nəzərov saxlanılıblar.

Həmin şəxslərdən ümumilikdə 17 kiloqram 500 qrama yaxın marixuana, 2 kiloqram 300 qram heroin, 1 kiloqram 300 qram metamfetamin və 1 700 ədəd “Metadon” həbləri aşkar edilərək götürülüb. Həmçinin V.Nəzərova məxsus bir ədəd “TT” markalı tapança və səkkiz ədəd patron da aşkar edilərək götürülüb.

Faktla bağlı Cəbrayıl RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki