image-n1karobka_ads
image-123
image-ria_6516956-pic_32ratio_900x600-900x600-29579backend

Cənubi Koreya Rusiya və Belarusa qarşı ixrac nəzarətini gücləndirəcək

image-ad_qayo_720x110px

Cənubi Koreya Rusiya və Belarusa qadağan olunmuş tədarüklər siyahısına daxil edilmiş malların ixracına nəzarəti gücləndirməyi planlaşdırır.

Bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.

Cənubi Koreyanın Ticarət, Sənaye və Energetika Nazirliyi nəzarətdən yayınma cəhdlərinin artması və arxa qapı marşrutları ilə daşınmaların artması səbəbindən ixrac nəzarətini gücləndirəcəyini bildirib.

Ölkənin hakimiyyət orqanları qeyri-qanuni ixracın qarşısını almaq üçün nəzarətə götürülən malların yeni siyahısı barədə ixracatçıları fəal şəkildə məlumatlandırmaq niyyətindədir.

Keçən həftə Rusiya və Belarusa çatdırılması qadağan edilən mallar siyahısına hərbi təyinatlı və ya potensial olaraq hərbi məqsədlər üçün istifadə oluna bilən 682 adda mal əlavə edilib. Bununla da siyahıdakı maddələrin ümumi sayı 1159-a çatıb.

Mənbə: Haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki