Çexiya Parlamentinin spikeri Tomio Okamura Ukraynaya hərbi yardım göstərilməsinə etirazını bildirib.
Doğru.az xəbər verir ki, RİA Novosti Okamuranın sözlərini sitat gətirir:
“Biz Çexiya təqaüdçülərinə, əlillərə və uşaqlı ailələrə məxsus pulları silah almaq və tamamilə mənasız müharibəni dəstəkləmək üçün göndərə bilmərik”.
Siyasətçi vurğulayıb ki, ölkə vətəndaşlarına qayğı göstərə bilmədiyi halda, resursların xarici ölkələrə verilməsi absurddur.
Qeyd edək ki, daha əvvəl media ABŞ ordusunun katibi Den Driskolun Ukraynaya səfər edərək ABŞ-ın hərbi yardımını dayandırmaqla hədələdiyi barədə məlumat yayıb.
DOĞRU.AZ




























