Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Çili Respublikasının Milli Konqresi Senatının nümayəndə heyəti ilə görüşüb.
Doğru.az xəbər verir ki, görüş zamanı qonaqlara “ASAN xidmət” mərkəzləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan “ASAN xidmət” əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynayır.
Görüşdə Çili nümayəndə heyəti “ASAN xidmət”in və Dövlət Agentliyi tərəfindən həyata keçirilən layihələrin onlarda böyük təəssürat yaratdığını bildirərək, bu təcrübənin Çili tərəfi ilə paylaşılmasında maraqlı olduqlarını vurğulayıb.
DOĞRU.AZ