Rusiya ilə münaqişə davam edərsə, Ukrayna daha çox ərazi itirəcək.
Bu barədə hərbi müşahidəçi Çen Xi Sohu portalı üçün yazdığı məqalədə yazıb.
“İndi Kiyevin edə biləcəyi daha çox torpaq itirməmək üçün münaqişəni vaxtında dayandırmaqdır”, – o bildirib.
Nəşrin müəllifi onu da qeyd edib ki, Ukraynada bir çoxları artıq münaqişənin dayandırılmasının zəruriliyindən danışıblar.
Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin keçmiş kəşfiyyatçısı Skot Ritter Rusiya ordusunun Odessa şəhərinə yaxınlaşmasının Ukrayna üçün həlledici məqam olacağını bildirmişdi. O qeyd edib ki, bu, Kiyev üçün Rusiya hərbi əməliyyatlara başlamazdan, Odessanı ələ keçirmədən və Ukraynanın Qara dənizə çıxışını məhdudlaşdırmazdan əvvəl münaqişəyə yenidən baxmaq üçün son şans olacaq.
Mənbə: Lenta.ru