image-n1karobka_ads
image-123
image-nocomment_b66b005a76777ffa21140d2e3a5a92f4_7xoi2zw3ec4f0uynqmljbackend

Cinayət Məcəlləsində yeni maddə: Qanunu pozanları 15 ilədək HƏBS GÖZLƏYİR

image-ad_qayo_720x110px

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Dəyişikliyə əsasən, məcəlləyə yeni maddə əlavə edilib:

“Maddə 104-1. Ekosid

Bitki və ya heyvanlar aləminin kütləvi məhv edilməsi, atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi, yaxud ekologiyaya ziyan vuran digər hərəkətlərin qəsdən törədilməsi, bu əməllər ekoloji fəlakətə səbəb olduqda və ya ekoloji fəlakətin baş verməsi üçün real təhlükə yaratdıqda –

on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki