Dünyanın ikinci raketkası Novak Cokoviç Uimbldonda keçiriləcək final oyunundan gözləntilərini bölüşüb.
“Əlbəttə, mənim bu turnirdəki əksər rəqiblərimdən, o cümlədən Karlosdan daha çox təcrübəm var. Təcrübə müəyyən vacib məqamlarda – matçın əvvəlində əsəblərin və vəziyyətlərin öhdəsindən gəlməyə kömək edə bilər. Amma təcrübə həlledici amil olmayacaq, oyunun özünə təsir etməyəcək. Bu gün fiziki və əqli cəhətdən kim daha yaxşı vəziyyətdədirsə, o qalib gələcək”, – Cokoviç oyunsonrası mətbuat konfransında deyib.
İspan Karlos Alkaras turnirin finalında serb Novak Cokoviçlə qarşılaşacaq. Qarşılaşma iyulun 16-da baş tutacaq.
Mənbə: Sport.ru