image-2000x150px
image-123
image-ads_atlas
image-dior-pic_32ratio_900x600-900x600-25634backend

Conni Depp Dior ilə rekord 20 milyon dollarlıq müqavilə imzalayır

image-728x90px

“Variety”in məlumatına görə, Conni Depp fransız brendi Dior ilə rekord məbləğdə 20 milyon dollarlıq müqavilə imzalayıb.

“Karib dənizinin quldurları” ulduzunun müqaviləsi kişi ətirləri tarixində ən bahalı olub.

Aktyorun müqaviləsi həmkarı Robert Pattinsonun Dior Homme ətirinin reklamına görə (12 milyon dollar) və Bred Pittin Chanel No. 5-in reklamına dair müqaviləsindən (7 milyon dollar) baha başa gəlib.

Mütəxəssislər bildirirlər ki, Deppin Dior ilə razılaşması sənaye üçün inqilabi olub. Onlar həmçinin birinci miqyaslı kişi ulduzların orta qiymətlərini qeyd edirlər: 2 ilə 4 milyon dollar arasında. Məsələn, Dungeons & Dragons filminin ulduzu Chris Pine Armani ilə 3 illik əməkdaşlığa görə “cəmi” 4 milyon dollar qazanıb.

Doğru.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki