NME-nin məlumatına görə, məşhur amerikalı rejissor Frensis Ford Koppola tezliklə kinonun “qızıl dövrü”nün gələcəyinə inanır.
Koppola bu yaxınlarda ekranlara çıxan “Barbie” və “Oppenheimer” filmlərinin uğurlarından danışaraq, filmlərin digər kinorejissorlara nümunə olduğunu bildirib.
Rejissor vurğulamışdır ki, bu filmlər davam və prekvel olmadığı, seriya nömrəsi olmadığı üçün tamaşaçıların böyük marağına səbəb olmuşdur. Koppola bu faktı kinonun qələbəsi adlandırıb. O, gələcəkdə kinonun böyük uğurlar qazanacağı ilə bağlı fikirlərini bildirib.
Koppola hesab edir ki, dünya kinonun “qızıl dövrü” astanasındadır. Onun fikrincə, tamaşaçılar tezliklə ekranlarda “əcaib və ibrətamiz filmlər” görə biləcəklər.
Mənbə: A haber