image-n1karobka_ads
image-123
image-17347762562909941376_1200x630backend

DİN-in əməkdaşı kikboksinq üzrə beynəlxalq turnirdə gümüş medal qazanıb

image-ad_qayo_720x110px

Azərbaycanın Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşı Ümid Bağırov beynəlxalq turnirdə uğurla çıxış edib.

AZƏRTAC xəbər verir ki, o, Gürcüstanın Qardabani şəhərində keçirilmiş yarışda kikboksinqin K1 versiyası üzrə ikinci yeri tutaraq, gümüş medal qazanıb. Polis əməkdaşı əldə etdiyi nəticəni Vətən uğrunda canından keçən şəhidlərə həsr edib.

Yarışda Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Ermənistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Rusiya, Ukrayna, Moldova, Belarus, İran, Bolqarıstan və Rumıniya idmançıları da mübarizə aparıblar.

Qeyd edək ki, Ümid Bağırovun baş məşqçisi Əməkdar idman ustası Elçin Hüseynovdur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki