Ukraynanın Dnepr şəhərində infrastruktur obyektinə ziyan dəyib. Bu barədə Dnepropetrovsk vilayəti administrasiyasının rəhbəri Sergey Lısak öz Telegram-kanalında bildirib.
“Düşmən bir infrastruktur obyektini vurdu”, – mesajda deyilir.
O, başqa heç bir təfərrüat vermir. İndi Dnepropetrovsk vilayətində hava hücumu xəbərdarlığı elan edilib.
Mənbə: TASS