image-n1karobka_ads
image-123
image-6911a614ae5ac9506a15db44backend

Donald Tramp Rudolf Culianini əfv etdi

image-ad_qayo_720x110px

ABŞ prezidenti Donald Tramp keçmiş vəkili və Nyu-Yorkun keçmiş meri Rudolf Culianini tam və qeyd-şərtsiz əfv edib. Bu barədə Əfv üzrə vəkili Ed Martin X sosial şəbəkəsində məlumat verib.

Doğru.az xəbər verir ki, Trampın əfv etdiyi şəxslərin siyahısında Culianidən başqa onlarla şəxs də yer alıb.

Qeyd edək ki, 2025-ci ilin yanvarında keçmiş ABŞ prezidenti Co Bayden prezidentliyinin son saatlarında ailə üzvlərini və Kapitola hücumunu araşdıran Konqres komitəsinin üzvlərini əfv etmişdi. Bayden bu addımını qohumlarının cinayət törətməsi və günahlarını etiraf etməsi kimi şərh olunmaması ilə izah etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki