Rusiya Dövlət Duması Pensiya və Sosial Sığorta Fondunun 2026–2028-ci illər üçün büdcəsi haqqında qanunu üçüncü oxunuşda qəbul edib.
Doğru.az xəbər verir ki, TASS-ın məlumatına əsasən, 2026-cı il üçün büdcənin gəlirləri 19,086 trilyon rubl, xərcləri isə 18,748 trilyon rubl səviyyəsində müəyyən olunub.
Sənədə görə, pensiya sığortasına (yığılan pensiyalar istisna olmaqla) 12,327 trilyon rubl, məcburi sosial sığortaya isə 1,414 trilyon rubl ayrılması planlaşdırılır.
Bundan əvvəl rusiyalıların pensiya ödənişlərinin hansı hallarda dayandırıla biləcəyi barədə məlumat yayılmışdı.
Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin dosenti İqor Balın RT-yə müsahibəsində bildirib ki, bəzi kateqoriyalara aid pensiyaçılar üçün ödənişlərin azalma ehtimalı mövcuddur və bu, əsasən gəlir səviyyəsi və sosial statusla bağlı müəyyən şərtlərdən asılıdır.
DOĞRU.AZ




























