image-2000x150px
image-123
image-ads_atlas
image-228462_7rwc1yyrl8backend

“Dövlət istəmir ki, məktəblər bağlansın

image-728x90px

“Dövlət istəmir ki, məktəblər bağlansın, distant təhsilə keçilsin. Çünki iki ilə yaxındır pandemiya hökm sürür və biz bunun fəsadlarını görürük”.

Doğru.az xəbər verir ki, bunu COVID-19 peyvəndləri mövzusunda keçirilən canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov bildirib.

O qeyd edib ki, ayrı-ayrı yerlərdə alovlanma olarsa, lokal tədbirlər görülür və siniflər bağlanır:

“Bu, bütün dünyada belədir. Mümkün qədər açılışırlar ki, həyat öz axarı ilə davam etsin. Aradan qaldırdığımız məhdudiyyətlər insanlar üçün yetərlidir. Lakin bir tərəfdən “Delta” ştamı, qış fəslinin yaxınlaşması bizə deyir ki, yoluxmalarda artım olacaq.

Amma peyvəndlənmədə iştirak edən insanların sayı çox olarsa, bu qışı belə başa vurarıqsa, daha yoluxucu ştamın gəlmə ehtimalı istisna olarsa, deyə bilərik ki, artıq pandemiyanın ağır mərhələsini keçmişik. Bu müddəti bağlanmalara getmədən aşıra bilsək, bizim üçün böyük qələbə olar”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki