Yapon illüstratoru və məşhur Dragon Ball manqasının müəllifi Akira Toriyama 67 yaşında Yaponiyada vəfat edib.
Bu barədə Weekly Shonen Jump jurnalı məlumat yayıb.
“Shueisha-nın bütün redaksiya heyəti onun qəfil ölüm xəbərindən çox kədərlənir. Onun çəkdiyi manqa Yaponiyanın hüdudlarından kənara çıxıb, bütün dünyada oxunur və sevilir”, jurnalın redaktorlarının bəyanatında deyilir.
Mənbə: Gazeta.ru