image-ads_n1karobka_mobile
image-694c4bd8ae5ac9371600a715backend

Durov: Makron Aİ-ni rəqəmsal Gülağa çevirməyə çalışır

Telegram-ın həmtəsisçisi Pavel Durov Fransa prezidenti Emmanuel Makronu Avropa Birliyində senzura və kütləvi nəzarəti gücləndirməyə cəhd göstərməkdə ittiham edib.

Doğru.az xəbər verir ki, Durov bu barədə sosial media hesabında paylaşım edib. O yazıb ki, reytinqləri aşağı olan Emmanuel Makron senzura və kütləvi nəzarət mexanizmləri vasitəsilə Aİ-ni “rəqəmsal gülağa” çevirməklə onlayn tənqidçiləri susdurmağa çalışır.

Qeyd olunub ki, daha əvvəl Emmanuel Makron ABŞ tərəfindən Aİ-nin keçmiş Daxili Bazar Komissarı Tyerri Breton və digər dörd Avropa rəsmisinə qarşı tətbiq edilən viza qadağasını pisləmişdi.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki