image-n1karobka_ads
image-123
image-dyp-yollarda-suret-hava-seraitine-esasen-tenzimlenirbackend

DYP Azərbaycan Qran-prisi ilə əlaqədar sürücülərə müraciət etdi

image-ad_qayo_720x110px

Sabah başlayacaq “2023 “Formula-1” Azərbaycan Qran-prisi” ilə əlaqədar bəzi küçə və prospektlərdə hərəkətin məhdudlaşdırıldığını nəzərə alaraq xüsusilə paytaxtın cənub qapısında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sürücülərdən xahiş olunur ki, cənubdan mərkəzə doğru, yəni “Azneft” və “Neftçilər” dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla “20 Yanvar” və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət etsinlər.

Doğru.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumatda qeyd edilib.

Məlumatda o da qeyd edilib ki, 20-ci sahə, Bayıl qəsəbəsində yaşayanların isə qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə mərkəzə doğru hərəkət etmələri tövsiyə olunur.

Bununla yanaşı yol hərəkəti iştirakçılarından yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri xahiş olunur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki