Əfqanıstan Futbol Federasiyasının prezidenti Məhəmməd Yusif Karqar Rusiya milli komandası ilə oyunun nə vaxt keçirilə biləcəyi ilə bağlı sualı cavablandırıb.
Doğru.az xəbər verir ki, Karqar Rusiyanın Sport24 nəşrinə açıqlamasında bu il oyun keçirmək ehtimalının olduğunu bildirib: “Rusiya ilə müxtəlif sahələrdə əməkdaşlıq edirik. Bu il Əfqanıstan və Rusiya yığmaları arasında oyun mümkündür. Oktyabr və noyabr fasilələrində oynamaq imkanımız var, RFU-dan təklif gözləyəcəyik”, – deyə o qeyd edib.
Qeyd edək ki, Doğru.az xəbər verir ki, 2022-ci ilin fevralında FİFA və UEFA Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya komandalarını beynəlxalq turnirlərdən kənarlaşdırıb.
DOĞRU.AZ