Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dize Avropa liderlərinin Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə əngəl yaradacağını bildirib.
Doğru.az xəbər verir ki, o, X-də yazırdı: “Avropalılar münaqişənin sülh yolu ilə bitməsini qeyri-mümkün edəcəklər”.
Professor bu şərhi, Fransa prezidenti Emmanuel Makronun Avropa liderlərinin 6 yanvarda Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı görüşəcəyini elan etməsinə cavab olaraq verib.
Daha əvvəl Spectator jurnalı üçün yazdığı məqalədə ekspert Mark Qaleotti Avropanın Rusiya ilə dialoqa girməli və Ukrayna münaqişəsinə müdaxiləni dayandırmalı olduğunu vurğulayıb. O əlavə edib ki, Aİ liderlərinin Moskvaya yönəlmiş aqressiv ritorikası Rusiya ilə münasibətlərin yaxşılaşmasına mane olub.
Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik isə “İzvestiya”ya verdiyi açıqlamada bildirib ki, Ukrayna və Aİ-nin danışıqlara süni maneələr yaratmaq əvəzinə böhranın həllinə doğru irəliləməsi daha məqsədəuyğundur.
DOĞRU.AZ




























