image-n1karobka_ads
image-123
image-6932b7a6ae5ac9760e603055backend

El País: Avropa Kiyevin ərazi güzəştləri etməli olacağını etiraf etməyə başlayır

image-ad_qayo_720x110px

Avropada Ukrayna münaqişəsinin həlli ilə bağlı narahatlıq artmaqdadır və bu çərçivədə Kiyev münaqişəyə son qoymaq üçün ərazi güzəştlərinə getməli ola bilər.

Doğru.az xəbər verir ki, bu barədə İspaniyanın El País qəzeti məlumat yayıb. Məqalədə bildirilir ki, Avropada Ukrayna münaqişəsinin həllində oynaya biləcəyi rolun məhdud olması ilə bağlı gücsüzlük hissi artır.

“Təhlükəsizlik zəmanətləri və ölkənin böyük ərazi güzəştlərinə getməyə məcbur ola biləcəyinə inamın artması xüsusi narahatlıq doğurur”, – qəzet qeyd edir.

Qəzet vurğulayır ki, Kiyevin avropalı müttəfiqləri bunu açıq şəkildə etiraf etməsələr də, belə fikir “sakit şəkildə yayılmağa başlayır”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki