image-n1karobka_ads
image-123
image-693bfe1d02e8bd43930c13dbbackend

Ərdoğan Aşqabadda Putinlə danışıqları uğurlu adlandırıb

image-ad_qayo_720x110px

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 12-də Aşqabadda Rusiya lideri Vladimir Putinlə keçirilən görüşü yüksək qiymətləndirib.

Doğru.az xəbər verir ki, Ərdoğan NTV-yə açıqlamasında danışıqları “çox uğurlu, məhsuldar və əhatəli” adlandırıb.

O bildirib ki, Vladimir Putinlə istənilən vaxt yenidən görüşməyə hazır olduğunu vurğulayıb və tərəflər “mümkün qədər tez” yeni görüşün keçirilməsi barədə razılığa gəliblər. Ərdoğan bu görüşün yaxın gələcəkdə baş tutacağına ümid etdiyini deyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə daha əvvəl açıqlamasında qeyd edib ki, Aşqabadda keçirilən görüş zamanı Putin və Ərdoğan Ukrayna məsələsi ətrafında geniş fikir mübadiləsi aparıblar.

Peskovun sözlərinə görə, tərəflər eyni zamanda Avropanın Rusiyanın dondurulmuş aktivlərini ələ keçirmək cəhdlərini də müzakirə ediblər və bu niyyət “böyük fırıldaq” kimi dəyərləndirilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki