Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makrona bildirib ki, Ukrayna münaqişəsinə son qoymaq üçün bütün diplomatik variantlardan istifadə edilməlidir.
Doğru.az xəbər verir ki, bu barədə məlumat Türkiyə Kommunikasiyalar İdarəsi tərəfindən sosial media platformasında yayımlanıb.
Bəyanatda qeyd olunur:
“Ukrayna və Rusiya arasında müharibəni dayandırmaq, ədalətli və davamlı sülhün bərqərar olması üçün bütün diplomatik resurslardan istifadə etmək lazımdır.”
Ərdoğan həmçinin vurğulayıb ki, Türkiyə münaqişə tərəflərini sülh danışıqları yolu ilə barışdırmaq üçün səylərini davam etdirəcək. Qeyd olunur ki, Prezident Ərdoğan yaxın günlərdə Ankarada Ukrayna Prezidenti Vladimir Zelenski ilə də görüşüb.
Müasir Siyasəti Araşdırma İnstitutunun direktoru Anton Orlov RT-yə açıqlamasında Zelenskiyə gözlənilməz Türkiyə səfərinin məqsədlərini izah edib.
DOĞRU.AZ




























