image-n1karobka_ads
image-123
image-17638981314420612916_1200x630backend

Ərdoğan Putinə və digər dünya liderlərinə zəngdən sonra danışıqlar aparmağı gözləyir

image-ad_qayo_720x110px

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə, həmçinin bir neçə digər dövlət başçıları ilə planlaşdırılan telefon danışığının nəticələrini müzakirə etməyi gözlədiyini bildirib.

Doğru.az xəbər verir ki, Türkiyə lideri bu fikirləri Cənubi Afrikada keçirilən G20 sammitinin yekunlarına dair mətbuat konfransında səsləndirib.

“Bu söhbətdən sonra ümid edirəm ki, bizim həmkarlarımla, ola bilsin ki, cənab Trampla danışıqlar aparmaq imkanımız olacaq”, – deyə Ərdoğan qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Türkiyə Prezidenti noyabrın 24-də Rusiya lideri Vladimir Putinlə telefon danışığının baş tutacağını elan etmişdi.

Bundan başqa, Ərdoğanın Fransa Prezidenti Emmanuel Makronu Ukrayna məsələsi ilə bağlı bütün diplomatik resurslardan istifadə etməyə çağırdığı bildirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki