Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türkiyə səfirləri ilə görüşdə Qara dənizdə ticarət və mülki gəmilərə edilən hücumların gəmiçiliyin təhlükəsizliyi üçün ciddi risk yaratdığını bildirib.
Doğru.az xəbər verir ki, TASS-ın məlumatına görə, Trend “TRT Haber”ə istinadən yazır ki, Ərdoğan son günlərdə baş verən hücumların heç kimə fayda vermədiyini vurğulayıb və Türkiyənin münaqişənin hər iki tərəfinə açıq xəbərdarlıq göndərdiyini deyib. Prezident qeyd edib ki, Ankara bölgədə eskalasiyanın qarşısını almaq və dəniz rabitəsinin təhlükəsizliyini qorumaq üçün ardıcıl səylər göstərir.
Ərdoğan daha əvvəl Qara dənizin münaqişə tərəfləri arasında hesablaşma arenasına çevrilməməli olduğunu da bəyan edib.
Bundan əlavə, Türkiyə Xarici İşlər Nazirliyi Rusiya və Ukraynanı limanlara və dəniz infrastrukturuna hücumları dayandırmağa çağırıb.
DOĞRU.AZ




























