Ötən həftə Türkiyənin müstəsna iqtisadi zonasında tankerlərə edilən hücumlar gərginliyin artdığını göstərir.
Doğru.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra TRT Haber telekanalına açıqlamasında bildirib. O, vurğulayıb ki, bu cür zərbələrə heç bir halda haqq qazandırmaq olmaz:
“Biz heç bir şəkildə gəmiçiliyin təhlükəsizliyini, həyatı və ətraf mühiti təhdid edən bu hücumlara haqq qazandıra bilmərik.”
Ərdoğan həmçinin bildirib ki, Ankara Ukraynada müharibəyə son qoymaq məqsədi daşıyan hadisələri diqqətlə izləyir və Türkiyə hər fürsətdə sülhün əldə edilməsinə töhfə verməyə hazırdır.
DOĞRU.AZ




























