image-n1karobka_ads
image-123
image-6957b70aae5ac96fb079fb39backend

Ərdoğan Tramp ilə Ukrayna münaqişəsini müzakirə edəcək

image-ad_qayo_720x110px

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla Ukraynadakı münaqişənin həlli ilə bağlı telefon danışığı aparmağı planlaşdırır.

Doğru.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, Ərdoğan bu açıqlamanı cümə namazından sonra jurnalistlərə verdiyi açıqlamada səsləndirib. Türkiyə lideri bildirib ki, bazar ertəsi günü ABŞ prezidenti Donald Trampla daha bir telefon söhbəti olacaq.

Ərdoğan telefon danışığının günortadan sonra keçirilməsinin nəzərdə tutulduğunu daqiqləşdirib.

Qeyd edək ki, Türkiyə prezidenti daha əvvəl Qara dənizdə ticarət və mülki gəmilərə edilən hücumların regionda gəmiçiliyin təhlükəsizliyi üçün ciddi təhdid yaratdığını vurğulamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki