Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Ukraynada sülhün əldə olunması yalnız müsbət gündəm və münaqişənin bütün tərəflərini qane edən çərçivə formalaşdığı halda mümkündür.
Doğru.az xəbər verir ki, dövlət başçısı bunun üçün tərəflərin qanuni gözləntilərini və təhlükəsizlik ehtiyaclarını nəzərə alan, yeni qeyri-sabitliyə yol açmayan planın vacibliyini vurğulayıb. Bu fikirləri RİA Novosti Ərdoğanın sözlərinə istinadən yayıb.
Financial Times isə yazıb ki, Avropa ölkələri ABŞ-ın Ukrayna ilə bağlı irəli sürdüyü plana qarşı alternativ təklif hazırlamağa çalışırlar.
CNN-in məlumatına görə, Avropa İttifaqı ABŞ-ın öz nümayəndələrinin Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda iştirakına mane ola biləcəyindən ehtiyat edir.
DOĞRU.AZ




























