Estoniya prezidenti Alar Karis sosial şəbəkədə gözlənilməz paylaşım edib.
Doğru.az xəbər verir ki, ERR.ee dövlət başçısının “birdən-birə böyüdüyünü” və həddindən artıq tələblərə dözmək istəmədiyini yazdığını sitat gətirib.
“Mən birdən-birə yetkin oldum… Mən axmaqların həddindən artıq tələblərinə artıq dözmürəm”, – deyə Karis paylaşımında bildirib. Onun sözlərinə görə, artıq onu sevməyənləri məmnun etmək cəhdini də itirib.
Məlumata görə, bu status prezidentin profilində “yalnız dostlar üçün” paylaşılmış və əslində portuqaliyalı yazıçı Xose Mikardo Teyşeyranın əsərindən sitatdır.
Xatırladaq ki, yay aylarında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Baltikyanı ölkələrin liderlərinin tez-tez absurd fikirlər səsləndirdiyini söyləmişdi.
DOĞRU.AZ




























