Estoniya hökuməti aztəminatlı vətəndaşlar üçün sabit məbləği avro ilə ərzaq almaq üçün kartlar tətbiq edib.
Bu barədə ERR dövlət televiziya və radiosunun saytında məlumat verilib.
“Qida kartı sistemi Avropada yeni bir həlldir. Bu üsul bəzi ölkələrdə sınaqdan keçirilib, lakin heç kim hələ tam olaraq qida kartı sisteminə keçməyib”, – ölkənin Sosial İşlər Nazirliyinin nümayəndəsi Tei Uorrak bildirib.
Aztəminatlı estoniyalıların kartına hər rüb adambaşına 30 avronun köçürülməsi planlaşdırılır.
Ayrılmış pul müəyyən edilmiş müddətdə istifadə edilməlidir, çünki qalığı növbəti rübdə saxlamaq olmaz.
Mənbə: A Haber