image-ads_n1karobka_mobile
image-66a08fd3ae5ac94be0642d61backend

Federer ESPN tərəfindən 21-ci əsrin ən yaxşı tennisçisi seçilib

Amerikanın beynəlxalq idman kanalı ESPN 21-ci əsrin ən yaxşı tennisçilərinin reytinqini tərtib edib.

Siyahıya Böyük Dəbilqə yarışlarının 20 qat qalibi isveçrəli Rocer Federer başçılıq edir.

İkinci yerdə TBS-də 23 qələbəsi olan serb Novak Cokoviç qərarlaşıb. İlk üçlüyü 22 qat Böyük Dəbilqə çempionu ispaniyalı Rafael Nadal tamamlayıb.

2022-ci ilin sentyabrında Federer peşəkar karyerasında son matçını keçirdi. O, Nadal ilə Laver Kubokunda Francis Tiafoe və Jack Sock-a qarşı cütləşdi.

Daha əvvəl Federer və Nadalın Louis Vuitton reklamı üçün birgə çəkilişlərdə iştirak etdiyi bildirilmişdi.

Mənbə RT rusca


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki