Finlandiyanın prezidenti Aleksander Stubb hesab edir ki, qarşıdakı 5–10 il dünya nizamının gələcək onilliklər üçün əsas konturlarını formalaşdıracaq.
Doğru.az xəbər verir ki, Stubb bu fikirləri “Foreign Affairs” jurnalında dərc olunan məqaləsində qeyd edib. Onun sözlərinə görə, Qərb ölkələri bu müddət ərzində bütün dünyaya dialoq aparmağa qadir olduqlarını sübut etməlidir.
“Bu, Qərb üçün son şansdır. Onlar göstərməlidirlər ki, monoloq deyil, dialoqa hazırdırlar”, – Fin lideri vurğulayıb.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, Rusiya neokolonializm və rusofobiya olmadan yeni dünya nizamının formalaşmasında mühüm rol oynayır.
DOĞRU.AZ




























